Cəmiyyətin
təqdimatı 2009-cu ilin iyulunda, respirator təbabət mütəxəssisləri
– pulmonoloqlar, allerqoloqlar, otorinolarinqoloqlar, onkoloqlar
və eləcədə terapevtlər, pediatrlar, mikrobioloqlar, biokimyaçılar,
patomorfoloqlar, biofiziklər, kimyaçıların iştirakı ilə
baş tutmuşdur. Bundan başqa bu tədbirdə Azərbaycanın bir
çox əczaçılıq şirkətləri nümayəndəliklərinin rəhbərləri,
ictimai təşkilatların və fondların nümayəndələri iştirak
edirdilər.
Prezentasiyada
Cəmiyyətin elmi bölmələrinin rəhbərləri seçilib təsdiq edilmişdir.
Eləcədə əczaçılıq şirkətləri və fondlarla qarşılıqlı münasibətlər
müzakirə edilmişdir.
2009-cu il noyabrın 4-ü ağciyərlərin xroniki obstruktiv
xəstəliyinin (AXOB) müasir təsəvvürlərinə həsr edilmiş konferensiya
keçiriləcək. Konferensiyanın proşramı:
1). AXOB – problemə müasir yanaşma (mili kliniki protokollar
əsasında) Mühazirəçi: A. Y. Abdullayev
2). Su və onun orqanizmdə rolu. Mühazirəçi: E. Məsimov.
Konverensiyanın sponsorları:
Baş sponsor: AstraZeneca;
Sponsorlar: Pfizer, KRKA, GSK, Bayer, Novartis,
Solvey, Natur farma.
|