Русский | English | Əlaqə
Hörmətli həkimlər!

26 aprel 2014-cü il tarixində saat 14.00 Gəncə şəhər səhiyyə şöbəsinin akt zalında "Azərbaycan-Gürcü Respirator Günləri" keçirələcək. Gürcüstan və Azərbaycan alimləri T.Maqlakelidze, I.Çxeidze, Ə.Abdullayev bronxial astma uşaqlarda və böyüklərdə, ağ ciyərlərin xr. obstruktiv xəstəliyi mövzularda çıxış edəcəklər. Pulmonoloqlar, allerpoloqlar, pediatrlar və terapevtlər dəvət olunurlar.

“RESPİRATOR CƏMİYYƏT” İCTİMAİ BİRLİK
          Azərbaycan Respirator Cəmiyyəti 2009-cu ildə Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

  Cəmiyyətin sədri: Abdullayev Ədalət Yusif oğlu
  Sədrin elmi köməkcisi : Hacıyev Kamal Mudafa oğlu
  Sədr müavini: Məmmədov Cəbrayıl


          Azərbaycan Respirator Cəmiyyətinin əsas məqsədləri:
1. Respirator təbabət sahəsində mütəxəssislərin cəmlənməsi.
2. Respirator elmin inkişafına yardım.
3. Respirator təbabət sahəsində mütəxəssislərin elmi mübadiləsinin inkişafına yardım.
4. Respirator təbabətin ideya və metodlarının inkişafı.


          Cəmiyyətin məqsədləri ilə həmfikir olan və daxil olma haqqı ödəyən Azərbaysan Respublikası və xarici ölkə vətəndaşları Cəmiyyətə üzv ola bilərlər. Üzv olma, cəmiyyətə daxil olmaq istəyənin ərizəsi əsasında həyata keçrilir və İdarə Heyətinin sadə səs üstünlüyü nəticəsində verdiyi qərar əsasında rəsmiləşdirilir.

          Cəmiyyətin üzvülüyündən çıxma İdarə Heyətinə təqdim edilmiş ərizə nəticəsində həyata keçirilir.


Copyright © ARC.az. 2010-2014

Design by FG